İzahlı lüğət

DƏRMAN

is. [fars.] 1. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. İçmə dərman. Sürtmə dərman. Dərman şüşəsi.
[Mirzənin] böyük oğlu, təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi. Ə.Haqverdiyev.
dan. Ümumiyyətlə, təbabətdə, zərərvericilərlə mübarizədə və s.-də işlədilən kimyəvi preparatlar. Keyləşdirici dərman. Qankəsən dərman. Boğazı yaxalamaq üçün dərman. Ağaclara dərman sürtmək. - Oğru qarğalara tüfəng atılır; Qocalmış torpağa dərman qatılır. S.Vurğun. Mənə bihuşedici dərman verdilər. M.İbrahimov.
məc. Əlac, çarə, tədbir. Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı).
Dərman etmək (eləmək qılmaq) - əlac etmək, çarə qılmaq. Dərman elə yari-dərdməndə. Xətayi. Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib; Qılma dərman, kim həlakim zəhri-dərmanındadır. Füzuli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed