Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DEMƏK1

f. 1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. Söz demək. Düzünü demək. - [Aslan bəy:] ..O, bir söz dedimi, heç bir zaman unutmaz. C.Cabbarlı.
// Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq. Müəllif öz əsərində deyir ki..
Nəql etmək, rəvayət etmək (adətən “ki” bağlayıcısı ilə). Belə deyirlər ki... -doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub.. C.Məmmədquluzadə.
// Söhbət etmək, söz açmaq, danışmaq. Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı. Mir Cəlal.
Xəbər vermək, söyləmək, bildirmək. Bu sözü heç kəsə demə. Bunu sənə kim dedi? Sirri başqalarına demək. - Quş uçar çəmən üstə; Sünbül, yasəmən üstə; Yarım gəldi desələr; Yeri var sinəm üstə. (Bayatı).
// Yetirmək, bildirmək, çatdırmaq. Mənim fikrimi ona de.
Əmr etmək, sərəncam etmək, tapşırmaq. Ona de ki, tez gəlsin.
dan. Nəzmə çəkmək. Şeir demək.
[Molla:] Arvad, iki misra demişəm. “M.N.lətif”.
dan. Avazla oxumaq. Bir-iki kəlmə demək. De gəlsin. Bir ağız demək.
Adlandırmaq, ad vermək. Buna nə deyərlər? Siz buna nə deyirsiniz? Belə hərəkətə nə demək olar?
Məna vermək, mənasına gəlmək. Bu söz nə deməkdir? Ərəbcə “həyat” dirilik deməkdir.
// Dəlalət etmək, sübut etmək, ifadə etmək, göstərmək. Bu, o demək deyil ki...
“Dərs” sözü ilə - müəllimlik etmək, dərs vermək, öyrətmək. Firidun darülfunundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. M.Ibrahimov. Qəhrəman müəllimlər ittifaqında çalışmaqla müəllimlik sənətini buraxmır, şəhər məktəbində dərs deyirdi. S.Rəhimov.
“Deyəcək” şəklində - deyilməsi, bildirilməsi, xəbər verilməsi vacib olan. Daha deyəcək sözüm yoxdur. - [Məmməd:] Sənə deyəcək iki vəsiyyətim vardır. “Aşıq Qərib”. [Şahbaz bəy:] Oğlum, əyləş, sənə deyəcək sözüm çoxdur. S.S.Axundov.
Şəxs sonluqları ilə is. mənasında: dediyim, dediyin, dediyi - söylədiyim, söylədiyin, söylədiyi söz, fikir və s. Dediyinə əməl etmək. Dediyindən belə çıxır ki...
// Bəzən cəm şəklində işlənir. Usta ... başını bulayıb, dediklərinə yekun vurdu. M.Hüseyn.
“Bir-bir” sözü ilə - sadalamaq, təfərrüatı ilə, ardıcıl surətdə hamısını söyləmək, bildirmək. Urəyindəkiləri bir-bir demək.
Yetməz əlim, nə çarə, düşən xaki-payüvə; Bir-bir deyəm sənə ələmü möhnətim.S.Ə.Şirvani.
“Deməkdi(r)” şəklində - iki şeyi eyniləşdirmə mənasında işlənir. Bakıya ali təhsil almağa getmək, Gülşad üçün dözülməz olan nənə və qardaş zülmündən xilas olmaq deməkdir. Ə.Əbülhəsən.
Feli bağlama şəklində: deyib - 1) nəzərdə tutaraq, üz tutaraq, istiqamət götürərək. Qırx lotu bir-birinə qoşulub, Təbriz deyibyola düşdülər. “Aşıq Qərib”. Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! C.Məmmədquluzadə; 2) hesab edərək. Bu üzü qarə könüldür məni rüsvay eləyən; O ki mən dust deyib tutmuş idim, düşmən imiş. S.Ə.Şirvani; 3) “durmaq” sözü ilə daim təkrar etmək, söyləmək. Xatirinə dəyməsin, Ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əz şikayət... - “fələk kəcrəftardır”, - deyib durursan. N.Vəzirov.
□□ Deyək ki - fərz edək ki, tutaq ki. Deyirdim ki - bu fikirdə idim ki, belə güman edirdim ki (çox vaxt arzu bildirir). Deyirdim ki, bir bizə gələsən. - Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını... A.İldırım. Deyirlər ki rəvayət var ki, söhbət var ki, belə danışırlar ki, belə fikir yayılmışdır ki. Deyirlər ki, bu il qış bərk soyuq olacaq. Demək olar ki bir şeyin təxminiliyini, möhtəməlliyini, mümkünlüyünü, həqiqətə yaxınlığını bildirən ara söz. Demək olar ki, indi papaqların fasonu o qədər artıq deyil, nə qədər ki cürbəcür məsləklər moddadır. C.Məmmədquluzadə. Demək olar ki, hamı oynayıb yorulandan sonra aşıq məclisə girdi. Ə.Vəliyev. Demək olmaz ki - söylənilən sözün, ya fikrin düzgünlüyünə arxayın olmadıqda, bir şeyi müəyyən etməkdə çətinlik çəkdikdə, yaxud inkarı yumşaltmaq istədikdə işlənən ifadə. Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Ə.Haqverdiyev. Necə deyirlər - fikri tam və düzgün ifadə etməkdə çətinlik çəkdikdə və ya danışanın sözü ilə tam razılığa gəlmədikdə işlədilən ifadə. Əşrəf necə deyərlər, canlara dəyən oğlan idi. İ.Şıxlı. Nə deyim - tərəddüd, gözlənilməzlik bildirən ara söz. Nə deyim, birdən yağış yağar. - İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək; Bir qeyri mükafatın olacaqmı, nə deyim?.. M.Araz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla