İzahlı lüğət

DƏHŞƏT

is. [ər.] 1. Qorxunc bir şey və ya böyük bir təhlükə, hadisə və s. qarşısında doğan şiddətli qorxu hissi; vahimə. Muradın gözləri dəhşətdən böyüdü. S.Hüseyn. Eşikağası dəhşətdən gözlərini yumub qaçdı xanın yanına. Çəmənzəminli.
□ Dəhşət almaq, dəhşətə düşmək - bərk qorxuya düşmək, dəhşətlənmək. Dəhşət vermək - dəhşət oyandırmaq, dəhşət ifadə etmək, vahimələndirmək. [Orxan:] Allah, Allah, yenə çatıldı qaşlar; Dəhşət verir qartalvari baxışlar. H.Cavid. Dəhşətə gətirmək (salmaq) bərk qorxu oyatmaq, dəhşətləndirmək. Katibin kabinetindən gələn xəbərlər Sabitovu dəhşətə gətirdi. S.Şamilov.
Bu cür bir hiss doğuran hadisə, vəziyyət, mənzərə (bu mənada çox vaxt cəm şəklində işlənir). Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq; İnsan oğlu yaratdığı dəhşətləri unudacaq. S.Vurğun. Əsirlik dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhəsən.
Faciə, çıxılmazlıq. Oz vəziyyətinin dəhşətini hiss etdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed