1
DAXİL sözünün izahı / DAXİL sözünün mənası
ZE+education
kitab_satishi+

İzahlı lüğət

DAXİL

is. [ər.] İçəri, iç tərəf, bir şeyin içərisi. Bu evin daxili xaricindən gözəldir. Binanın daxili.
// Hər ölkənin öz torpağı, öz hüdudlarının içərisi (xaric müqabili). Daxildə sərf olunan mallar. - [Daxildə] düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi.
Daxil etmək - bir şeyin tərkibinə, içərisinə, sırasına salmaq, keçirmək. Adını siyahıya daxil etmək. Müqaviləyə yeni maddə daxil etmək. - [Qəmərbanu] ..bu yolla onu [Gülnazı] istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü. M.İbrahimov.
□ Daxil olmaq - girmək. Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. N.Nərimanov. Kürkə bürünmüş, başı başlıqlı Şəhabəddin içəri daxil oldu. S.S.Axundov; 2) başlamaq, girmək. Qış daxil oldu. - Bahar fəsli təzəcə daxil olmuşdu. Ə.Haqverdiyev; 3) bir təşkilata, cəmiyyətə və s.-yə üzv olmaq. Həmkarlar ittifaqına daxil olmaq. Dərnəyə daxil olmaq; 4) təhsil almaq üçün hər hansı təhsil müəssisəsinə qəbul olunmaq. Kursa daxil olmaq. Universitetə daxil olmaq. - [Aleksey Osipoviç:] Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur, onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. İ.Şıxlı; 5) bir şeyin tərkib hissələrini təşkil etmək. Dərmanın tərkibinə daxil olan maddələr. Bitki məhsullarının tərkibinə daxil olan kimyəvi maddələr.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
file exisy