İzahlı lüğət

DUZLU

sif. 1. Tərkibində duz olan; şor. Duzlu göl. Duzlu su. Xəzər dənizinin ətrafında duzlu göllər çoxdur.
Kifayət qədər və ya lüzumundan artıq duzlanmış, duz vurulmuş; şor. Duzlu pendir.
// Duza, duzlu suya qoyulmuş, duz hopdurulmuş. Duzlu xiyar, kələm.
məc. Xoş, ürəyəyatan, sevimli, xoşagələn, qanışirin, suyuşirin, yapışıqlı, cazibəli. Duzlu adam. O qız çox gözəl deyil, amma duzludur.
// məc. Çox məzəli, çox maraqlı. Sabir! Ey, ən sevimli şairimiz; Müqtədir, duzlu, sözlü Sabirimiz! A.Səhhət. Hər sözü, söhbəti duzlu, məzəli; Süzür kəklik kimi ellər gözəli. S.Vurğun. Sabirin duzlu və gülməli şeirləri oxucular arasında çox hörmət qazanmışdı. M.Arif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed