İzahlı lüğət

DAVA1

is. [ər.] 1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma. Artıq bu səfər heç bir zor, heç bir dava kar eləmədi. S.Rəhman.
Dava axtarmaq - heç bir şey üstə dava etməyə çalışmaq, dava etmək üçün bəhanə axtarmaq. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov. Dava qalxmaq (düşmək) - dava baş vermək. Dava eləmək - 1) savaşmaq, dalaşmaq, söyüşmək, vuruşmaq. [İsmayıl bəy:] Mən bura dava eləməyə gəlməmişəm. N.Vəzirov; 2) mübahisə etmək. Dava salmaq - aranı vuruşdurmaq, dava düşməsinə səbəb olmaq.
Müharibə. Barıt və qan qoxusu ağırlaşdı havada; Daşlar belə qanadı bu uğursuz davada. R.Rza. Əsgəran davasında basılmaq xəbəri bütün yaylağı kədər və vahiməyə salmışdı. Mir Cəlal. Sonra dava düşdü, çevrildi dünya; Bunu məndən gözəl siz bilirsiniz. M.Müşfiq.
Həlli tələb olunan məsələ, mübahisəli məsələ; münaqişə; iddia. Aradakı davanı həll etmək. Onun davasına baxmaq. - [Eyvaz:] ...Bizim davamız millət davası deyil, çörək davasıdır, azadlıq davasıdır. C.Cabbarlı.
□ ...davası etmək - ..iddia etmək, ..üstündə mübahisə etmək, ..tələb etmək. [Qafar:] Sən mənimləpaltar davası edirsən, eləmi? S.S.Axundov.
köhn. hüq. Müdafiə üçün məhkəməyə müraciət, qarşı tərəfi məhkəməyə cəlb etmə, məhkəmə hüzurunda baxılan iş; mühakimə.
Dava çəkmək - məhkəmədə çəkişmək, məhkəməyə müraciət etmək, məhkəmədə iş açmaq. [Səlimə xanım:] Gərək indi dava çəkməyə məcbur olam. M.F.Axundzadə.
□□ Dava dağarcığı - davakar adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed