İzahlı lüğət

DANIŞIQ

is. 1. Şifahi fikir mübadiləsi; söhbət. O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu. - Danışıq dananı qurda verər. (Məsəl). [Güldəstə:] Ata, mən danışığının hamısını eşitdim. Ə.Haqverdiyev.
// Danışma, söhbət etmə. [Qəhrəman:] İndi nə danışıq vaxtıdır!.. Aləm dağılır. H.Nəzərli. Meşədəki ağaclar küləyin təsirindən uğuldayır, Cavadın danışığına mane olurdu. Ə.Vəliyev.
// Danışma tərzi. Uzun bir nitq söyləməyə hazırlaşmış kimi görünən katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. Ə.Sadıq.
// Söz-söhbət.
Canlı dil, adi danışıq dili. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri [Sonaya] öyrətdi və sonra kitabdan az-az dərs verdi. N.Nərimanov.
□ Danışığa tutmaq - söhbətlə başmı qarışdırmaq, söhbətə tutmaq, söhbətlə yayındırmaq. Növrəstə daha bir söz deməyib addımlarkən bəy yenə də “qızım” deyə-deyə onu danışığa tutdu. Ə.Abasov. Danışıq etmək - söhbət etmək, danışmaq, məsləhətləşmək, fikir mübadiləsi etmək. [Vəzir:] Mənə vacib idi ki, siz ilə danışıq edim, qulaq asın! M.F.Axundzadə.
İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi. - Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələgəldi. S.Hüseyn. Bu danışıqlara nə oğlan və nə qız şəxsən qarışa bilməz. R.Əfəndiyev. [Mister Tomas və vəzirlərin] danışıqları bir məzmun ətrafında deyildi. M.İbrahimov.
□ Danışıq aparmaq - bir şey haqqında başqası, ya başqaları ilə fikir mübadiləsi etmək, müzakirə etmək. Mədəni əlaqə haqqında danışıq aparmaq.
[Qətibə:] Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam.. Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed