İzahlı lüğət

DİRİLTMƏK

f 1. Canlandırmaq, həyata qaytarmaq, yenidən enerji və qüvvət vermək, ruhlandırmaq. Orqanizmi diriltmək. Bu su məni diriltdi. Dağ havası xəstəni diriltdi.
[Həcər xanım:] Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, Allah səni hər bəladan hifz etsin. S.S.Axundov.
Dini-mistik təsəvvürlərdə: ölü halından canlı - diri hala gətirmək, can vermək. Badisəba İsa kibi gərçi dirildir ölüyi; Ənbərfişan zülfün dəmi badi-səbayə tən edər. Nəsimi. [Nazlı:] Ana, deyirlər, bu gələn qonağımız ölüləri dirildir. C.Məmmədquluzadə.
məc. Göz qabağma gətirmək, göz önündə canlandırmaq. Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim.
// məc. Unudulmuş, xatirədən silinmiş, tərk edilmiş bir şeyi yenidən bərpa etmək; dirçəltmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed