İzahlı lüğət

CİDA2

zərf [fars. cüda] klas. Ayrı, uzaq. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm.. C.Cabbarlı.
□ Cida düşmək, cidayə düşmək - uzaq düşmək, ayrı düşmək. Fikrim, zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. Cida düşüb ulusundan, elindən; Ənkəbuttək can asılır telindən. Aşıq Ələsgər. [Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar gəzdikləri halda mən öz həmcinsimdən cida düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu. Cida etdirmək klas. - ayırmaq. [Şah:] Bu necə olan işdir! Yoxsa keşiş məni aldatdı. Bu saat onun başını bədənindən cida etdirərəm. Ü.Hacıbəyov. Cida salmaq - ayırmaq, ayrı salmaq. Əzəl ayrılığımız haqqın işidir; Fələk bizdən cida saldı sağları. “Lətif şah”. [Ruqiyyə:] ..Məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm. A.Divanbəyoğlu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed