İzahlı lüğət

CƏHƏNNƏM

is. [ər.] 1. Bu dünyada günah işlər görmüş adamların öldükdən sonra əbədi əzab çəkəcəkləri yer. [Xortdan:] Nagah xəyalıma cəhənnəm düşdü. Ə.Haqverdiyev. [Arvadı ustaya:] A kişi, ağanın .. dalınca o qədər adam gedəcək ki, onda qıl körpüdən keçə bilmərik,.. cəhənnəmə töküllük. Çəmənzəminli.
məc. Son dərəcə əzablı, əziyyətli, işgəncəli, dözülməz şərait, mühit haqqında. [Yaşlı kişi:] O ili bağ mövsümü mənim üçün bir cəhənnəm kimi keçdi. S.Hüseyn. [Ramazan:] Əgər keçmişdə cəhənnəmi görmək istəsəydin, gərək Bakı mədənlərinə gələydin. M.Hüseyn.
// Dözülməz dərəcədə isti yer. Səqfi, divarları, döşəməsi nəm; Qışda buzxanadır, yayda cəhənnəm. H.K.Sanılı. Yayı cəhənnəm qədər isti olan .. bu qəsəbədən milyonlarla adam keçmişdir. Ə.Əbülhəsən.
□□ Cəlıəııııəm ol! - çıx get! Rədd ol! [Məşədi Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan, yoxsa, vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə. [Məşədi İbad Həsən bəyə:] Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən? Ü.Hacıbəyov. [Yusif:] Qoy cəhənnəm olsun! [Səməd:] Qaradonlunu dindirən xeyir tapmaz. İ.Hüseynov.
Cəhənnəmdən biletsiz qaçan - çox kifir, eybəcər adam haqqında. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki cəhənnəmdən biletsiz qaçan deməyəsən. N.Vəzirov. Cəhənnəmə ki... - nə işimə, nə vecimə, nə olsun ki (laqeydlik bildirir).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed