İzahlı lüğət

CƏSARƏT

is. Qorxmazlıq, hünər, cürət. Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq.
// Cürət. [Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar daima əfv edilir. H.Cavid. [Nuriyyə:] Bütün gücümü, cəsarətimi toplayıb gedirdim. İ.Əfəndiyev.
□ Cəsarət etmək - ürəklənmək, ürək eləmək, cürət etmək, qorxmamaq. [Mürsəl:] Hərdən cəsarət edib atmaq istəyəndə anam acıqlanır(dı). Mir Cəlal. Cəsarət etməmək - qorxmaq, çəkinmək, ürək eləməmək. Zeynal yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Bir dürlü cəsarət etməyir, üzü gəlməyirdi. Cəsarət vermək - cəsarətləndirmək, ürəkləndirmək, ürək vermək, cürətləndirmək. Bu fikir [Kazımı] qorxutmadı, əksinə, qəribə bir cəsarət verdi.. M.İbrahimov. Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu, Növrəstəni ələ keçirmək üçün ona cəsarət verdi. Ə.Abasov. S.Hüseyn. Rza duruxurdu, nə cavab verəcəyinə cəsarət etməyib yasalamağa üz qoydu. Ə.Vəliyev. Cəsarəti çatmamaq - özündə cəsarət hiss etməmək, ürək eləməmək, cürət etməmək, qorxmaq. Cərrahiyyə əməliyyatı aparmaq mümkün idi. Ancaq Leylanın cəsarəti çatmırdı. B.Bayramov.
2. Cəsarətlə şəklində - ürəklənərək, qorxmadan, çəkinmədən. İltifat eyləsəz, ey alicənab; Verərəm mən də cəsarətlə cavab.
Səhhət. Qamçılayır cəsarətlə əyər-əskik nə vardırsa; Sözlər aydın, fikir dərin, məna böyük, məktub qısa. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

COD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed