İzahlı lüğət

CİLOV

is. Qoşqu ləvazimatının, ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. Atın cilovundan yapışmaq. - [Yusif Sərrac] oturub, əlindəki cilovu tikib, tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. M.F.Axundzadə. Usta əlindəki cilovu tikib hazırlamağa çalışır(dı). A.Şaiq. Kəndli. atın cilovundan tutdu. M.Hüseyn.
// məc. İtaətdə, əldə saxlamaq, əl-qol açmağa qoymamaq üçün vasitə, qüvvə. [Kürd Musa:] Şaliko, Şaliko! Qüvvət bizdədir; Dünyanın cilovu əlimizdədir. S.Vurğun.
□□ Başına cilov keçmək - məc. evlənmək, başı bağlanmaq. [Nənəxanım:] [Şaqqulunun] başına cilov keçəndən sonra mən də rahat olaram, daha kişinin kötəyini yemərəm. Çəmənzəminli. (Əlindən) cilov gəmirmək - birinin əlindən çox bərk hirslənmək, ona qarşı kin bəsləmək, onu cəzalandırmaq üçün fürsət aramaq. [Göyüş:] [Salmanın] fermaya getməyindən xəbər tutan Veysəl də Əhməd kimi cilov gəmirirdi. Ə.Abbasquliyev. Cilovda saxlamaq - tabeliyində, əlində saxlamaq. Cilovu əlində olmaq - tamamilə asılı olmaq, itaətində olmaq. [Qədir:] Bizim fağır-füqəranın cilovu həmişə sizin əlinizdə olub. Mir Cəlal. Cilovundan tutub geri çəkmək - b ax cilovunu yıgışdırmaq (yığmaq, çəkmək, dartmaq). Birinci qadın bir az susduqdan sonra fikirli halda dedi: - İndi möhkəm bir əl lazımdır ki, [Rəşidin] cilovundan tutub geri çəksin. Ə.Məmmədxanlı. Cilovunu (əldən) buraxmaq (vermək) - birinə tam sərbəstlik vermək, başlı-başına buraxmaq. Cilovunu əlində saxlamaq - bax cilovda saxlamaq. [Sürəyya:] Amma, qızım, Zakirin cilovunu əlində möhkəm saxla ha! H.Seyidbəyli. Cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq) - bax ipini çəkmək (“ip”də). [Gülməmməd:] Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır. Ə.Haqverdiyev. [Rüstəm Qaraşa:] Nə [Mayanın] dədəsi məlumdur, nə nənəsi! Vaxt ikən cilovunu bərk yığışdır, sonra gec olar! M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

CE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed