İzahlı lüğət

CANSIZ

sif. 1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. Cansız təbiət. Cansız materiya.
// Həyat əlaməti olmayan, ölü, ruhsuz. Cansız bədən.
2. Ölgün, tabsız, gücsüz, taqətsiz, zəif. Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən, cansız bir şeydir. C.Məmmədquluzadə. [Hacı Mehdi:] And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar. Ə.Haqverdiyev.
// Arıq, sısqa, cılız. Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi.. E.Sultanov. İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şaxdayanan, düzqamətli bir kişi idi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

CE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed