hello...11... CAM1 sözünün izahı / CAM1 sözünün mənası

İzahlı lüğət

CAM1

is. [fars.] Vaxtı ilə misdən, indi isə müxtəlif materiallardan hazırlanan piyalə, qədək, kasa. [Züleyxa] bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında durub, çərşənbə dəyişərdi. Çəmənzəminli. Qumru başaqdan gətirdiyi taxıldan döyüb, bir cam arıtmışdı. Mir Cəlal.
□ Cami-Cəm klas. - İran əsatirində: şərabm ixtiraçısı sayılan Cəmin [Cəmşidin] mövhumat qəbilindən olan sehirli qədəhi - klassik şeirdə adətən şərab mənasında işlənir. [Xəyyam:] Biz güləriz batsa da şahlar yasa; Birsə məzarında gəda, padşah; Cami-Cəm olsun bizə ən son pənah! H.Cavid.
□□ Bir cam su içmək kimi - çox asan. [Dərviş:] Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır, necə ki, bir cam su içmək. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!