İzahlı lüğət

BARIT

is. Odlu silahlardan ötrü patron, mərmi hazırlamaq üçün partlayıcı maddə. Tüstüsüz barıt. Ağ barıt. Barıt tüstüsü. Barıt iyi.
□□ Barıt qoxusu gəlir məc. - müharibə gözlənilir. Barıt kimi açılmaq (partlamaq)
dərhal hirslənmək, özündən çıxmaq, qışqırmaq, bağırmaq. Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı. M.S.Ordubadi. [Pirqulu:] Əşi, nə oldu sənə, yenə barıt kimi partladın? C.Cabbarlı. Aslan birdən barıt kimi açıldı. S.Rəhimov. Barıtı quru saxlamaq məc.
müharibəyə, müdafiəyə həmişə hazır olmaq. Biratımlıq barıtı varmış - hünəri, bacarığı çatmayan, tez coşub tez də soyuyan, yaxud hirsi, acığı tez soyuyan, tez yumşalan adam haqqında. Burnuna barıt iyi dəyməmiş - təcrübəsiz; müharibə, döyüş görməmiş adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

B

......