İzahlı lüğət

BULANMAQ

f. 1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı.
// Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı.
Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı. - Yaralı, al-qana boyanmış idim; Yıxılıb torpağa bulanmış idim. A.Səhhət.
Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. Mədəsi bulanmaq. Ürəyi bulanmaq.
məc. Pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq. - Axşam yaxınlaşdıqca, Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov.
// Hava haqqında. Hava bulandı.
// Coşmaq, həyəcanlanmaq. Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çayə dönübdür. Qurbani. Mən ağ günlər şairiyəm; Fəqət yaman bir xəbərdən; Dəniz kimi bulannam mən. S.Vurğun.
// məc. Ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. Zehni bulanmaq. Gözləri bulanmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BON

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed