İzahlı lüğət

BÜTÜN

1. əvəz. Hamı, hamısı, ümum, cəmi. Bütün xalq. Bütün aləm. Bütün gecəni işlədim. Bütün qüvvələri topladıq. - Bütün salondakılar dönüb mənə baxdı. Mir Cəlal. [Salmanova Cumanın] bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən.
sif. dan. Səbatlı, qərarlı, dəyişməz, möhkəm. Bütün söz. Bütün vəd. Bütün adam (sözünün üstündə duran adam). - Aləmdə bu gün əhdi bütün yar ələ girməz; Yandırdı tikan bağrımı, gülzar ələ girməz. Nəsimi.
Bax bütöv.
zərf Tamam, hərtərəfli. Bütün bədənimi tər basdı.
zərf Başdan-başa, başdan-ayağa qədər, tam surətdə. Bütün kitabı oxudu.
bütün-bütün zərf Bütöv parçalarla, bütün halda. Gilası bütün-bütün udma, çeynə, tumunu çıxart. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed