İzahlı lüğət

BÖYÜKLÜK

“Böyük”dən (1, 2, 5, 6 və 8-ci mənalarda) mücər. 'Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü. - Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu ilə təyin edilir. M.Hüseyn. Gördüyü sonsuz iztirablar içərisində .. [Ulduz] insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi. Ə.Məmmədxanlı.
Böyüklük etmək - 1) yol göstərmək, qayğısına qalmaq. [Mahmuda] böyüklük edən olmadı. Z.Xəlil; 2) buyurmaq, əmr etmək, göstəriş vermək. [Kərim:] Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! M.F.Axundzadə. Böyüklük satmaq
təşəxxüslənmək, qürurlanmaq, kibrlənmək, lovğalanmaq, özünü böyük göstərməyə çalışmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed