İzahlı lüğət

BOZARTMAQ

f 1. Boz etmək, boz rəng vermək. Rəngsaz divarı bozartdı.
Soldurmaq. Paltarını günün altında bozartmaq.
Yetişdirmək. İsti arpaları bozardır.
Ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq.
məc. Utandırmaq.
□□ Sifətini (üzünü) bozartmaq - üzünün ifadəsini sərtləşdirmək, ciddiləşdirmək, qaşqabağını sallamaq. Nəbi üzünü bozardıb dedi: - Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”. ..Yasavul adamlarla görüşdükdə, qabaqcadan sifətini bozardır, “böyük iş adamı ” kimi sifət alır, adamları qabaqlayırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed