İzahlı lüğət

BİÇİM

is. 1. Biçilmək tərzi; paltarın forması, fasonu, ülgüsü. Bu biçimdə paltar görməmişəm. Onun paltosunun biçimi çox gözəldir. - [Kor kişinin] əlbəsəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn.
// Şəkil, qayda, üsul, forma. Qəhrəman kağızı əlində müxtəlif biçimdə qatlayaraq, o tərəf-bu tərəfini hamarladı. Ə.Vəliyev.
Ölçü, böyüklük. Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. M.S.Ordubadi. Mən bütün uşaqlara bir biçimdə .. olan konserv qutularına yanaşan kimi yanaşmamışam. Mir Cəlal.
Bədən, boy-buxun, qədd-qamət mənasında. İnsanın biçimi. - [Bədircahan:] Züleyxa xanım təəccüb edir, sizin məlahətinizə, şücaətinizə, .. deyir, bu biçimdə mən ömrümdə adam görməmişəm. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed