İzahlı lüğət

BAŞ-BAŞA

zərf Bir yerdə, yan-yana, bir-birinə sıxılaraq.
□ Baş-başa durmaq -bax baş-başa vermək 3 və 4-cü mənalarda. Baş-başa gəlmək - üz-üzə gəlmək, rastlaşmaq. Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa verib toqquşdular və ikisi də üzlərini turşudub, sudan çıxdılar ki, bir-birini döysünlər. Çəmənzəminli. Baş-başa vermək - 1) bir-biri ilə gizli danışmaq, məhrəmanə danışmaq, sirləşmək;
// məc. quşlar haqqında. Yoxsa danışırsız dilbər sözünü; Veribsiniz nə baş-başa, durnalar? Q.Zakir. Ötədəki iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi.. nə qədər şairanə. H.Cavid; 2) işlərini, dərdlərini bir yerdə müzakirə etmək, götür-qoy eləmək, məsləhətləşmək. Gecə sübhədək iki yoldaş başbaşa verib tədbir tökdülər. - [Kazım:] İllərdən bəri yan-yana yaşayan, adət və qaydaları bir, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayırdı. Çəmənzəminli;
// bir yerdə çalışmaq, əlbir olmaq, birgə hərəkət etmək. Baş-başa verməyincə daş yerdən çıxmaz. (Ata. sözü);
bir yerdə oturmaq, yan-yana oturmaq, bir yerə cəmlənmək. [Qənbərqulu:] [Əsgər] cibindən bir qəpik çıxarıb ət almazdı ki, aparıb evində uşaqları ilə baş-başa verib abgüştdən-zaddan bişirib yesin. B.Talıblı;
bir-birinə yaxın durmaq, yanaşı durmaq, yan-yana düzülmək, durmaq. Xəzər sahilində verə baş-başa; Qocaman çinarlar, yekə ağaclar. S.Rüstəm. Meşələr görmüşəm qoca palıdlı; Hündür vələsləri verib başbaşa. R.Rza; 5) bir yerə yığışmaq, büzüşmək, yazıq-yazıq bir-birinə sıxılıb durmaq. Uşaqlar baş-başa verib oturublar. Soyuqdan quşlar baş-başa verib bir daldalanacaqda durmuşdu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed