![main main](/images/breadcrumbs-image-1-min.webp)
not foundTable './shagird_myusers/viewed1' is marked as crashed and last (automatic?) repair failed
BARƏ1[fars.] Adətən nisbət şəkilçiləri ilə işlənir - xüsusda, xüsusunda, haqqında. Bu barədə fikriniz nədir? Bu məsələ barəsində mən heç bir şey deyə bilmərəm. - Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü gözlədi. N.Nərimanov. Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. C.Məmmədquluzadə. İkinci xahişim odur ki, baş aqronom Məcid Əlyarov barəsində yazdığım əmri təsdiq elə. M.Hüseyn.
// Hər barədə, hər cəhətdən. Hər kəs onun [Mirzə Süleymanın] yerində olsaydı, elə atasından inciyərdi, çünki kişi çox zəhmət çəkmişdi və hər bir barədə öz işini düzəltmişdi. B.Talıblı. Paylaşın - Hamı bilsin
|