İzahlı lüğət

BÖHT

is. [ər.] Heyrət, təəccüb, mat qalma, çaşıb qalma, çaşqmlıq. ..Böhtün içində onun [Hacı Xəlilin] keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Ə.Haqverdiyev. Rəssam heyrət və böht içində dayanıb dinləyirdi. İ.Əfəndiyev.
□ Böht aparmaq (almaq) - mat qalmaq, heyrətə düşmək, fikrə getmək. Bu sözü eşidəndə məni böht aparıb: bilmirdim inanım bu xəbərə, ya inanmayım. C.Məmmədquluzadə. Sarğı gözündən açılıb içəri girdikdə, Qulamı böht aldı. Ə.Əbülhəsən. Böhtə getmək - bax böht aparmaq (almaq). Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir an böhtə gedib dedi.. Ə.Haqverdiyev. Büllur Nisəxanımın xoşuna gəlməyən bir də ərinin bu xasiyyəti - “içində danışmağı”, “böhtəgetməyi” idi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BAK

......