BAZİÇƏis. [fars.] Oyuncaq. Böylə-böylə sözlərin mən olmaram baziçəsi; Olsun, olsun, qoy çox olsun, böylə ləzzətli həyat! M.Ə.Sabir. Uşaqcıqlar kimi baziçələrə aldanaraq; Mütəsəlli olar, istər daha artıq yaşamaq. A.Səhhət. Əxtərlər, ey ziyaları titrək sitarələr; Baziçə eyləmiş sizi də pənceyiqədər? M.Hadi.
Paylaşın - Hamı bilsin
|