İzahlı lüğət

BATMAN

is. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (əsasən 20 girvənkə ağırlığında) olan köhnə çəki ölçüsü. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə. Əhli-xibrə qoydular qan-tarə şahi çəkdilər; Əlli batman istixani gəldi, yüz batman əti. M.Möcüz. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. M.S.Ordubadi.
□□ Agır oturub, batman gəlmək - vüqarlı olmaq, ağır olmaq, ciddi olmaq. Ağır otur, batman gəl. (Ata. sözü). Özünü batman hesab eləmək - özü haqqında çox böyük fikirdə olmaq. [Ağa Kərim:] Rədd ol! Ədə Xalıq, .. gəl buna göstər ki, çetvərdir, özünü batman hesab eləməsin. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed