İzahlı lüğət

BÜRÜNMƏK

qayıd. 1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək. - Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir. Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani. Kəblə Fərəculla evin qapı tərəfində, altında döşək.. Ərdəbil kürkünə bürünüb əyləşərək qapının döyülməsini gözləyir. H.Sarabski.
Əhatə olunmaq, dövrələnmək, araya alınmaq. Ana baxır: izdihamla bürünmüşdür dördyanı; Milyon-milyon əl uzanıb; Dağıtmaqçın qara mənfur zindanı. R.Rza.
Qaplanmaq, çulğalanmaq, örtülmək. Qarlı dağlar dumanlara bürünür. A.Səhhət.
// Obrazlı təşbehlərdə. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. Səhralar al geyib gülə bürünür; Sevinir yurdumun oğulu, qızı. S.Vurğun. Qadının üzünü bir acılıq bürüdü. S.Hüseyn. Gecə qatı qaranlığa bürünmüşdü. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed