İzahlı lüğət

BEŞİK

is. 1. Körpə uşaqlara məxsus yırğalanan kiçik yatacaq. Bir körpə uşaq beşikdə yatmış; Rahət əl-ayaqların uzatmış.
Səhhət. Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk [Azərbaycan] dilində lay-lay deyirdi. C.Məmmədquluzadə. Yatır eyvanda körpə, qədim asma beşikdə. M.Rahim.
məc. tənt. Bir şeyin törədiyi, meydana gəldiyi yer; mənbə, yurd, ocaq, Vətən mənasında. Şirvan vilayəti qədimdən şüəra və ürəfa beşiyi olmağını mərhum Hacı Seyyid Əzim dəxi öz tərcümeyi-halına dair yazdığı mənzumatında təsdiq (edir). F.Köçərli. Gözəl vətən! Mənan dərin; Beşiyisən gözəllərin! S.Vurğun. Burda beşiklərimiz üzərinə göydə süzən qartalların kölgəsi düşmüşdür. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed