İzahlı lüğət

BAŞLI-BAŞINA

zərf 1. Nəzarətsiz, baxımsız, himayəsiz. Başlı-başına qoymaq (buraxmaq). Başlı-başına qalmaq. - [Sərdar Rəşid:] Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim. M.S.Ordubadi.
Öz bildiyi kimi, özbaşına, kefi istədiyi kimi, sərbəst. Başlı-başına işləmək. Başlıbaşına hərəkət etmək.
Öz-özünə, özbaşına, başqasının köməyi olmadan. [Dəmirov:] Yoxsa başlı-başına belə bir bağ düzün ortasında əmələ gələ bilməz. S.Rəhimov.
Boş, adamsız, sahibsiz. Başlı-başına qalmış ev (bağ). - ..Gurultu ilə keçən soldat oynağı olan küçələr indi başlı-başına idi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed