İzahlı lüğət

BAŞAĞRISI

is. Əziyyət, narahatlıq. Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm. C.Məmmədquluzadə.
□ Başağrısı çəkmək - zəhmət çəkmək, əziyyət çəkmək. [Vidadi:] A Pənah, insan yəni axırda ölməyəcək? Bu beş gün dünyanın cahü cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi? Çəmənzəminli. Başağrısı olmaq - artıq yük olmaq, əziyyətə, narahatlığa səbəb olmaq. Başağrısı vermək
narahat etmək, incitmək, təngə gətirmək, bıqdırmaq, usandırmaq. [Qənbərqulu:] Bir də çox danışmaq özü yaxşı sifət deyil, özgəyə gərək başağrısı verməyəsən. B.Talıblı. Sənə başağrısı verməyim deyə; Eşqimin kitabı qoy bağlı qalsın. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BAK

BRA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed