İzahlı lüğət

BİŞMİŞ

1. sif. Odda qızardılmaqla və ya suda qaynadılmaqla hazırlanmış (çiy müqabili). Bişmiş ət. Bişmiş yumurta. Bişmiş kartof.
sif. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmış. 'Bişmiş kərpic.
sif. məc. Təcrübələnmiş, ustalaşmış, püxtələnmiş, bərkdən-boşdan çıxmış. 'Bişmiş adam. //Yetişmiş, yetkin. Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. M.S.Ordubadi.
is. Xörək, yemək. 'Bişmiş bişirmək. Bişmişlərimiz min cürə ləzzətli qidadır. M.Ə.Sabir. [Vəli bəy:] Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. S.S.Axundov. Qulluqçu taxtapuşdayer saldı, çıxıb uzandım və vaxtı-vaxtında da bişmiş verirdilər. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed