İzahlı lüğət

BİRLƏŞMƏ

1. “Birləşmək”dən f.is.
is. Təşkilat, ittifaq, cəmiyyət (müxtəlif müəssisə və idarələrin adı).
is. hərb. Ayrı-ayrı hərbi hissələrdən və digər müstəqil qoşun vahidlərindən ibarət qrup. Tank birləşməsi. - Silahlı qüvvələrimizin bütün birləşmə, hissə və bölmələrinin komandirləri öz hissələrinin tam ixtiyarlı rəisləridirlər. (Qəzetlərdən). Bununla bərabər, bu cəbhəyə külli miqdarda böyük bombardmançı və qırıcı təyyarə birləşmələri də toplanılmışdı. Ə.Əbülhəsən.
is. Qrammatikada: bir neçə sözün birləşməsindən əmələ gələn söz qrupu; tərkib. Sifət birləşməsi. Təyini söz birləşməsi.
kim. Molekulu bir neçə elementin atomlarından ibarət maddə. Kimyəvi birləşmə.
Üzvi birləşmə. Vitaminlər qidalı maddələrdə olan üzvi birləşmələrdir. - Süxurların möhkəmliyi onların mineraloji tərkibindən, mineralların aşınması dərəcəsindən, kristallararası birləşmə qüvvəsindən .. və s.-dən asılıdır. Quliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed