AĞIZDOLUSUzərf 1. Özünün doğru, haqlı olduğuna inanaraq, təşəxxüslə, lovğa-lovğa. Ağızdolusu demək. - [Qurban Mərəndinin] Marağanın meyvə bağlarından, quru əriyinin məziyyətlərindən ağızdolusu danışaraq, üç ildə bir dəfə də oraya gedə bilmədiyini söylədikdə, Firidun təəccüblənmişdi. M.İbrahimov.
2. Cəsarətlə, həvəslə, fəxrlə. Cənubi Azərbaycan yazıçılarının çox sağlam və qüvvətli bir kollektivi vardır.. Biz onların yaradıcılığından ağızdolusu danışmalıyıq. M.Rahim. Paylaşın - Hamı bilsin
|