İzahlı lüğət

ASTAR

is. 1. Paltarın və ya başqa bir şeyin iç tərəfinə tikilən və ya çəkilən parça. Yorğan astarı. Paltar astarı. İpək astar. Astar çəkmək.
Ümumiyyətlə, hər hansı bir şeyin iç, dal tərəfi; toxunma şeylərin tərs üzü. Xalçanın astar tərəfi cod olar.
Divara, qapıya və s.-yə rəng çəkməzdən qabaq, altdan vurulan rəng və s. Astarın üstündən rəng yaxşı tutar.
□□ Astarı çıxmaq - tamamilə köhnəlmək, dağılmaq, astarı görünmək. Astarı üzündən baha (başa gəlmək) - əslində ucuz olan bir şeyin çox baha başa gəlməsi, qoyulan xərci ödəməməsi haqqında deyilir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed