İzahlı lüğət

AN

is. [ər.] Ən cüzi bir zaman, ləhzə, dəm, bir gözqırpımlıq müddət.
□ Bir an, bir saniyə, bir dəqiqə. Bir an onu gözündən qoymadı. - Bir an səni görməyəndə, yarım; Əfğanı yetirrəm asimanə. Heyran xanım. Gözünü uşaqdan, anadan bir an; Ayıra bilmirdi Növrəstə qarı. R.Rza. [Kamil və Murtuzov] bir an bərabər ixtiyara malik adamlar kimi çiyin-çiyinə dayanıb gülüşdülər.. S.Rəhimov. Bir anda, bir an içində, dərhal, o saat, göz yumub açınca. Bu xəbər bir anda ağalıq xidmətlərinə yayıldı. S.S.Axundov. Kəklik onun [qardaşının] əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq. Buğa bir anda hərlənib ona [Buğaca] sarı cumdu. M.Rzaquluzadə. Bir anlıq, bir anlıga - çox az bir zaman üçün, bir ləhzə, bir göz açıb yumunca. Adamlar bir anlığa təəccüblə bu qəribə səsə tərə/dönərək, yenə öz işlərinə .. başladılar. M.İbrahimov. Sonra açır qapını, budur iclas salonu; Xatirələr bir anlıq alıb aparır onu. R.Rza. Durdu bir anlığa o birdən-birə; Düşdü qar üstünə, yıxıldı yerə. M.Rahim.
// Ümumiyyətlə, vaxt. Onun [vətənin] üzərində həyatımın qüssə və kədəri bilmədiyim anları keçmişdir. M.S.Ordubadi. Evlərindən ayrıldıqları andan onları [Səriyyəgili] dözülməz iztirablarla dolu bir həyat qucağına aldı. M.İbrahimov. [Mehrəli bəy:] Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. S.S.Axundov. Bu an, bu anda - bu zaman. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn. [Əziz] bu an bütün fikrini artezian quyusuna, onun suyuna cəlb etmişdi. Ə.Vəliyev. Elə bu anda onun [şairin] pəncərəsində nə isə bir şölə titrədi və söndü. Ə.Məmmədxanlı. Hər an, hər anda - hər zaman, həmişə, daim. Sabir, ey aləmi-xəlqə tərcüman; Ey hər anda kasə-kasə zəhr udan!
Səhhət. Dünyanın dərdini, qəmini hər an; Mənə bir baxışla unutdurursan. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AT2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed