Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARSIZ

sif. Arı, həyası olmayan; həyasız, utanmaz, sırtıq, üzlü. Arsız adam. - Arsıza bir sillə kar eləməz. (Məsəl). Arsız aşıq elsiz niyə yaşadı; Ölsün Ələsgərtək qulların, dağlar! Aşıq Ələsgər. Bizi ən çox heyrətə salan Səttarxanın evinin dağılmasına tamaşa üçün toplanan arsızların (is.) söhbəti idi. M.S.Ordubadi.
arsız-arsız b ax arsızca(sına). Arsız-arsız danışmaq. Arsız-arsız gülmək. - [Səlim:] Hələ arsız-arsız fit də çalırsan. C.Cabbarlı. Əli bayaq Hüseynin qırdığı ipi əlində oynadaraq, arsız-arsız hırıldayır. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AT2