Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALT

is. 1. Bir şeyin aşağı hissəsi, üstünün əks tərəfi, səth üzərinə qoyulan tərəfi. Qənddanın altı. Dibçəyin altı. Qutunun altı. Çəlləyin altı qopdu.
// Örtülü bir şeyin üst tərəfinin əksi, aşağısındakı yer. Damın altı. Talvarın altı. Ağacın altında kölgələnmək. Çardaq altında sağılan heyvanların kəsik-kəsik mələmələri.. eşidilirdi. Ə.Əbülhəsən.
// Bir səthin üzərində şey duran hissəsi. Səkinə kərpicin altına baxdı, açar orada yox idi. Mir Cəlal. Altın görmədiyin qabdan su içmə. Məsəl.
Evin alt mərtəbəsi. Evin üst mərtəbəsi yataqxana, altı isə mağazadır. İdarəmizin altı anbardır. Məktəbin altı emalatxanadır.
// Sif. mənasında. Altda, alt tərəfdə olan. Alt mərtəbə. Şkafın alt gözü. - Alt otağın böyük qapısı cırıltı ilə açıldı. Mir Cəlal. Alt daşı ağır olar. (Ata. sözü).
Bir şeyin səthindən aşağı tərəf. Altımız dərə idi, üstümüz qarlı təpələr. Suyun altına düşmək. Dağın alt tərəfindəki evləri sel basmışdı.
Bir adamın, heyvanın durduğu, yatdığı, oturduğu yer. Altına döşək salmaq. - Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra, mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov.
Bilavasitə yaxınlıq mənasında işlənir. Volqoqrad altında işğalçı alman ordularına zərbələr vuran qəhrəman. - Artıq .. kənd altından maral sürüləri keçib dağlara qalxmır. Ə.Məmmədxanlı.
Bir şeyin təsir dairəsini göstərir. Əsgərlərimiz düşmənin gülləsi altında irəliləyirdi. Top atəşi altına düşmək. Yağış altında yerimək. - Günün altında dayanmaq mümkün deyildi. M.İbrahimov.
(Yalnız yönlük, yerlik və çıxışlıq hallarda). Bir şəxsin və ya şeyin düşdüyü və ya içərisində olduğu vəziyyəti, keyfiyyəti bildirir. Himayəsi altına almaq. Təsir altına düşmək. Müdafiə altında olmaq. Rəhbərlik altında işləmək. Təhlükə altında olmaq. Həkimin nəzarəti altında müalicə. - Mən .. həyatı unudub onun təsirləri altından çıxa bilmirdim.. M.S.Ordubadi.
Sif. mənasında. Altdan geyilən. Alt köynək. Alt tuman.
□□ Alt başında - yanında. Alt dan - b a x dan. Alt-alt(da), üst-üst(də) - olduğu kimi; səliqəsiz, qarışıq bir halda. O, müdir olduğu su idarəsinin işini alt-altda, üst-üstdə qoyub gəldi Rzaqulu kəndinə gedən yola. Altda qalmaq - məğlub olmaq, basılmaq. Altda qalan namərddir. (Ata. sözü). İndi ki quyruğun basdın ilanın; Canı çıxsın gərək altda qalanın. Q.Zakir. Altına almaq - basmaq, məğlub etmək, basıb üstünə çıxmaq. Tərlan, Məmmədağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb cücü kimi altına alıbdır. S.S.Axundov. Altından çıxmaq - öhdəsindən gəlmək; ödəmək, əvəzini vermək. Onlar bilmirdilər ki, bu qızıl pulun altından necə çıxsınlar. “Qaçaq Nəbi”. Altını çəkmək - peşman olmaq, tutduğu işin pis nəticəsini görmək. Soyuq havada paltosuz gəzdi, indi altını çəkir. - [Güləndam:] Qız uşağının beyni olmaz. ..Sonra bir iş olar, altını çəkə bilməzsən. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla