İzahlı lüğət

ANA-BALA

is. Ana ilə oğlu və ya qızı. Səməd getdi. Ana-bala baş-başa verib ağlaşdılar. B.Talıblı. Taxt üstündə anabala oturublar yanaşı. Ə.Cəmil.
// Heyvanlar haqqında. Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq.
□□ Ana-bala eləmək - lazım olmadığı halda eyni şeydən bir neçə dənə almaq. Ana-bala kimi - çox mehriban, məhəbbətli. Ana-bala olmaq - ana ilə bala kimi mehriban olmaq, məhəbbətli olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed