Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1708

Görən gözə kül üfürmə.

Atalar sözü ID - 1709

Görən gözə yasaq olmaz.

Atalar sözü ID - 1710

Görənin gözün töküncə, götürənin əlin kəs.

Atalar sözü ID - 1711

Görməmiş gördü, gülə-gülə öldü.

Atalar sözü ID - 1712

Görməmiş gördü gümüş, oldu qudurmuş.

Atalar sözü ID - 1713

Görməmişə at versən, çapıb-çapıb öldürər.

Atalar sözü ID - 1714

Görməmişin bir oğlu oldu, çəkdi çükün çıxartdı.

Atalar sözü ID - 1715

Görükən kənd bələdçi istəməz.

Atalar sözü ID - 1716

Görülmüş işdən gül iyi gələr.

Atalar sözü ID - 1717

Göy ağlamayınca yer gülməz.

Atalar sözü ID - 1718

Göydən nə yağdı ki, yer onu qəbul eləmədi?!

Atalar sözü ID - 1719

Göyçək sözün ardı tükənməz.

Atalar sözü ID - 1720

Göz gördü, göyül sevdi, mənim nə günahım var?!

Atalar sözü ID - 1721

Göz gördüyündən qorxar.

Atalar sözü ID - 1722

Göz görməsə könül sevməz.

Atalar sözü ID - 1723

Göz qənimini tanıyar.

Atalar sözü ID - 1724

Göz namərddir; qorxudar.

Atalar sözü ID - 1725

Göz yaşı da borcdandı.

Atalar sözü ID - 1726

Gözdə olmayan göyüldə də olmaz.

Atalar sözü ID - 1727

Gözdən uzaq olan könüldən də uzaq olar.

Atalar sözü ID - 1728

Gözə gəlməyən gəlinin salamı savaşdır.

Atalar sözü ID - 1729

Gözlərin aydın olsun, pişiyimiz oğlan doğub!

Atalar sözü ID - 1730

Gözü ancaq torpaq doyurar.

Atalar sözü ID - 1731

Gözü tox olanın könlü də tox olar.

Atalar sözü ID - 1732

Gözün alışmadığı işə girişmə.

Atalar sözü ID - 1733

Gözünün yaşına baxaq, ya əlinin daşına?!

Atalar sözü ID - 1734

Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxartdı.

Atalar sözü ID - 1735

Gözəl aşı tez bişər.

Atalar sözü ID - 1736

Gözəl bürünər, çirkin görünər.

Atalar sözü ID - 1737

Gözəl göz üçün, ağıllı könül üçün.

Atalar sözü ID - 1738

Gözəl kamallı gərək.

Atalar sözü ID - 1739

Gözəl nazlı gərək.

Atalar sözü ID - 1740

Gözəl - gözəl deyil, könül sevən gözəldi.

Atalar sözü ID - 1741

Gözəl sevməyə tövbə olmaz.

Atalar sözü ID - 1742

Gözələ baxmaq göz qaydasıdır.

Atalar sözü ID - 1743

Gözələ göz dəyər, qəlbə söz.

Atalar sözü ID - 1744

Gözəllərdə vəfa olmaz.

Atalar sözü ID - 1745

Gözəllik qarın doyurmaz.

Atalar sözü ID - 1746

Gözəllik ondur, doqquzu dondur.

Atalar sözü ID - 1747

Gözləmədiyim daş, yardı baş.

Atalar sözü ID - 1748

Guşə daşı yerdə qalmaz.

Atalar sözü ID - 1749

Güc birlikdədir.

Atalar sözü ID - 1750

Gücü çatana donuz güddürür.

Atalar sözü ID - 1751

Gücünə bax, şələni bağla.

Atalar sözü ID - 1752

Gül istəyən! Tikanı da istəmək gərək.

Atalar sözü ID - 1753

Gül tikansız olmaz.

Atalar sözü ID - 1754

Gülün qədrin bülbül bilir.

Atalar sözü ID - 1755

Gülünə bax, qönçəsini dər.

Atalar sözü ID - 1756

Gülmə gülünc olana, özün gülünc olarsan.

Atalar sözü ID - 1757

Gülmə qonşuna, gələr başına.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed