Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 958Çağırılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. |
Atalar sözü ID - 959Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar. |
Atalar sözü ID - 960Çağırram - eldən ayıb, çağırmanam - it itdi. |
Atalar sözü ID - 961Çax-çax edən nalçadır, iş bitirən axçadır. |
Atalar sözü ID - 962Çaqqal güləndə toyuq qaqqıldar. |
Atalar sözü ID - 963Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdı. |
Atalar sözü ID - 964Çaqqalın yuxusuna toyuq gələr. |
Atalar sözü ID - 965Çala-çala çalağan olar. |
Atalar sözü ID - 966Çalağan göydə dolanar, cücənin ürəyi bulanar. |
Atalar sözü ID - 967Çalış ki, dostun olsun, düşmən ocaq başında. |
Atalar sözü ID - 968Çamura daş atma, üzünə sıçrar. |
Atalar sözü ID - 969Çanaxda balın olsun, Yəməndən arı gələr. |
Atalar sözü ID - 970Çapqınçı ol, insafı əldən vermə. |
Atalar sözü ID - 971Çarəsiz dərdə Loğman da acizdir. |
Atalar sözü ID - 972Çarığını əsirgəməyən patavasın da qoyar üstünə. |
Atalar sözü ID - 973Çarvadara yol göstərməzlər. |
Atalar sözü ID - 974Çay min olar, çeşmə bir. |
Atalar sözü ID - 975Çaya çatmamış çarığını çıxarma. |
Atalar sözü ID - 976Çayın daşı, çölün quşu. |
Atalar sözü ID - 977Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb genə atamın vətənin itirmədim. |
Atalar sözü ID - 978Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı! |
Atalar sözü ID - 979Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi. |
Atalar sözü ID - 980Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz. |
Atalar sözü ID - 981Çəltik xatirinə suluflar da su içir. |
Atalar sözü ID - 982Çəngi ölüsü dəf-dumbulla basdırılar. |
Atalar sözü ID - 983Çənginin qazandığı ənliyə, kirşana gedər. |
Atalar sözü ID - 984Çərçi başındakını da satar. |
Atalar sözü ID - 985Çərçi kisəsindəkini satar. |
Atalar sözü ID - 986Çərçi qızı mıncığa aşıq olar. |
Atalar sözü ID - 987Çərçinin andı eşşəyinə qənim olar. |
Atalar sözü ID - 988Çəkişməsən bərkişməzsən. |
Atalar sözü ID - 989Çıxan ay doğuşundan bəllidi. |
Atalar sözü ID - 990Çıxan can geri dönməz. |
Atalar sözü ID - 991Çıxan qan damarda qalmaz. |
Atalar sözü ID - 992Çıxan qız çığdan baxar. |
Atalar sözü ID - 993Çıxmayan cana umud çoxdur. |
Atalar sözü ID - 994Çınqı balacadı, odu böyük. |
Atalar sözü ID - 995Çıraq keçənə yaxın çox işıq verər. |
Atalar sözü ID - 996Çıraq öz dibinə işıq salmaz. |
Atalar sözü ID - 997Çibin qana yığılar. |
Atalar sözü ID - 998Çirkaba daş atma, üstünə sıçrar. |
Atalar sözü ID - 999Çirki çirk aparar, hayıf oynaş paltarı. |
Atalar sözü ID - 1000Çirkin bəzənincə toy keçər. |
Atalar sözü ID - 1001Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər. |
Atalar sözü ID - 1002Çirkinim, gözlə, gedim gözəl axtarım, tapmadım gözəlimsən ki, gözəlim. |
Atalar sözü ID - 1003Çirkinliyin Allahdan, üz yumamağın nədən?! |
Atalar sözü ID - 1004Çiy ətdən nənə də bezardır, bala da. |
Atalar sözü ID - 1005Çiy süd əməndən eyilik gözləmə. |
Atalar sözü ID - 1006Çiynənən saqqız çürür. |
Atalar sözü ID - 1007Çoban çox olanda qoyunu qurd yeyər. |
Bu səhifə dəfə baxılıb