
Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 900Cahıllıqda bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə. |
Atalar sözü ID - 901Cahil axırda tula quyruğu xınalar. |
Atalar sözü ID - 902Cahil dirilərin ölüsüdür. |
Atalar sözü ID - 903Cahil ilə bal yemə, ahıl ilə daş daşı. |
Atalar sözü ID - 904Cahildə söz əylənməz. |
Atalar sözü ID - 905Camadarın şahlığı hamamçılıqdır. |
Atalar sözü ID - 906Came nə qədər böyük olsa, imam yenə bildiyin oxur. |
Atalar sözü ID - 907Can candan ayrıdır. |
Atalar sözü ID - 908Can de, can eşit. |
Atalar sözü ID - 909Can sağlığı dövlətdir, demə, babam, yoxsulam. |
Atalar sözü ID - 910Can sənin, cəhənnəm Tarının. |
Atalar sözü ID - 911Can şirin olur. |
Atalar sözü ID - 912Can verəndə boz sərçəyə ver, qaranquş gəldi-gedərdi. |
Atalar sözü ID - 913Can verməyən canana yetməz. |
Atalar sözü ID - 914Can versən qardaşa ver, min il keçə yad olmaz. |
Atalar sözü ID - 915Cana gələn mala gəlsin. |
Atalar sözü ID - 916Candı çəkər, qandı qaynıyar. |
Atalar sözü ID - 917Canı acışan eşşək atdan yeyin gedər. |
Atalar sözü ID - 918Canı canan yolunda deyən çox olar, qıyan az. |
Atalar sözü ID - 919Canım qurban, yaxşı qonaq! Gəl uçaq bir də qonaq. |
Atalar sözü ID - 920Canımı da alsan, gülə-gülə al. |
Atalar sözü ID - 921Canında olmayana candar ağacı neyləsin?! |
Atalar sözü ID - 922Canını yaxşı saxla qəfil əcəldən. |
Atalar sözü ID - 923Cananı sevən canından keçər. |
Atalar sözü ID - 924Canavar tək qalanda başına çaqqallar yığışar. |
Atalar sözü ID - 925Canavarın üzü ağ olsa, kəndə gündüz gələr. |
Atalar sözü ID - 926Cavahir cında içində olar. |
Atalar sözü ID - 927Cavahirin qiyməti var, amma atalar sözünün qiyməti yoxdur. |
Atalar sözü ID - 928Cavan baş bir çanax qandı. |
Atalar sözü ID - 929Cavanlıqda daş daşı, qocalıqda ye aşı. |
Atalar sözü ID - 930Cavanlıqda qocalığa güc saxla. |
Atalar sözü ID - 931Ceyran qovan çiçəyə batar, donuz qovan palçığa. |
Atalar sözü ID - 932Ceyranın qaçmağın elə gördüm, ətindən zəhləm getdi. |
Atalar sözü ID - 933Cəfasın çəkən səfasın görər. |
Atalar sözü ID - 934Cəhd çarıq yırtar, iş odur haqqa vara. |
Atalar sözü ID - 935Cəhd elə dost qazan, düşmən ocaq başında. |
Atalar sözü ID - 936Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz. |
Atalar sözü ID - 937Cəhənnəmə gedən yoldaşını çox istər. |
Atalar sözü ID - 938Cəngəl də özünü bağ sanar. |
Atalar sözü ID - 939Cərgədən qalan keçəl olar. |
Atalar sözü ID - 940Cidanı çuvalda gizlətmək olmaz. |
Atalar sözü ID - 941Cinə börk tikər, şeytana papış. |
Atalar sözü ID - 942Cinə dəmir göstərdilər. |
Atalar sözü ID - 943Cins cinsə əsər eləməz. |
Atalar sözü ID - 944Cins xoruz yumurtada banlayar. |
Atalar sözü ID - 945Cins madyan balanı döşündə saxlar. |
Atalar sözü ID - 946Comərd deyib maldan elərlər, igid deyib candan elərlər. |
Atalar sözü ID - 947Cuhud qan görüb! |
Atalar sözü ID - 948Culfa kəfənsiz ölər. |
Atalar sözü ID - 949Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı. |
Bu səhifə 573 dəfə baxılıb