Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 3497Təzək yığan əllər, ipək gördü dolaşdı. |
Atalar sözü ID - 3498Tikan əkən gül götürməz. |
Atalar sözü ID - 3499Tikan olub ayağa batınca gül ol yaxaya sancıl. |
Atalar sözü ID - 3500Tikə üstündə dost olan il uzunu küsülü olar. |
Atalar sözü ID - 3501Tikə dostu dost olmaz. |
Atalar sözü ID - 3502Tikə qarın doyurmaz, məhəbbət artırar. |
Atalar sözü ID - 3503Tox elə bilər heç acmaz, ac elə bilər heç doymaz. |
Atalar sözü ID - 3504Tox ikən yemək yeyən məzarın dişiynən qazar. |
Atalar sözü ID - 3505Tox it ac bəydən yaxşıdır. |
Atalar sözü ID - 3506Toxun acdan nə xəbəri?! |
Atalar sözü ID - 3507Toxum torbada göyərməz. |
Atalar sözü ID - 3508Toxumluğa haram qatsan bitməz. |
Atalar sözü ID - 3509Toxumu gətir, yer axtar. |
Atalar sözü ID - 3510Topal eşşəklə karvana qoşulma. |
Atalar sözü ID - 3511Topalla gəzən axsamaq öyrənər. |
Atalar sözü ID - 3512Tora düşən səbr eləməsə, özün ölümə verər. |
Atalar sözü ID - 3513Torpaq deyər: - öldür məni, dirildim səni! |
Atalar sözü ID - 3514Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim! |
Atalar sözü ID - 3515Tovuz quşunu tükünə görə kəsərlər. |
Atalar sözü ID - 3516Toy da olsa toyuğun vayıdı, vay da olsa. |
Atalar sözü ID - 3517Toy günün qoyub, vay günün oynayır. |
Atalar sözü ID - 3518Toya getmə, yasa get. |
Atalar sözü ID - 3519Toydan sonra nağara, xoş gəldin, Bayram ağa. |
Atalar sözü ID - 3520Toysuz ev tapılar, vaysız ev tapılmaz. |
Atalar sözü ID - 3521Toyuğun başı kəsiləndə də gözü eşənəkdə qalar. |
Atalar sözü ID - 3522Toyuğun cəriməsi yumurtasıdı. |
Atalar sözü ID - 3523Toyuğun gözü küllükdədi. |
Atalar sözü ID - 3524Toyuğun qıçı birdi ki, bir. |
Atalar sözü ID - 3525Toyuğun uçuşu zibilliyə qədər olar. |
Atalar sözü ID - 3526Toyuq anasından süd görməyib. |
Atalar sözü ID - 3527Toyuq bir su içər, bir Allaha baxar. |
Atalar sözü ID - 3528Toyuq bir yumurta yumurtlasa, yüz öylü qonşuya xəbər elər, gomuş doğsa heç səsi çıxmaz. |
Atalar sözü ID - 3529Toyuq istər qaz yerişi yeriyə, vurar çəçənəyi çatlar. |
Atalar sözü ID - 3530Toyuq yumurtasına görə qaqqıldar. |
Atalar sözü ID - 3531Tökülən çanaq daha dolmaz. |
Atalar sözü ID - 3532Tövbə toxluqdan çıxar, dua yoxluqdan. |
Atalar sözü ID - 3533Tövbəsini sındıran məlundu. |
Atalar sözü ID - 3534Tövlə dibindən yoxdur, deyir at yəhərlə. |
Atalar sözü ID - 3535Tula itdən də murdar. |
Atalar sözü ID - 3536Tumançağın yuxusuna beş arşın bez girər. |
Atalar sözü ID - 3537Tumanım, köynəyim özümnən, becə yerə düşdüm xalxın gözünnən. |
Atalar sözü ID - 3538Turac əti yemisən? - uçducağın görmüşəm. |
Atalar sözü ID - 3539Tutamalı arvad, etibarlı at kişiyə addır. |
Atalar sözü ID - 3540Tutu, çiyələyi birdən dəydi. |
Atalar sözü ID - 3541Tutulmamış oğru - xandan-bəydən doğru. |
Atalar sözü ID - 3542Tülək tərlan yerinə sar bağlamaq olmaz. |
Atalar sözü ID - 3543Tülkü çox bildiyindən tələyə düşər. |
Atalar sözü ID - 3544Tülkü dəliyə girə bilmir, quyruğuna süpürgə bağlayır. |
Atalar sözü ID - 3545Tülkü suvaxlı bağa girməz. |
Atalar sözü ID - 3546Tülkü tülkülüyünü bildirincə dərisin boğazından çıxardarlar. |
Bu səhifə dəfə baxılıb