Atalar sözü ID - 3447Ta yeməsən bilməzsən.
|
Atalar sözü ID - 3448Taxça mənə qaldı, Şeydalı, boxça mənə qaldı, Şeydalı.
|
Atalar sözü ID - 3449Taxçadakı qarnında, boxçadakı əynində.
|
Atalar sözü ID - 3450Taxt mənimdi, üstündə yatmıram, altında yatıram.
|
Atalar sözü ID - 3451Tamahkarı yalançı aldadar.
|
Atalar sözü ID - 3452Tamarzıdan al, öyrənmişə ver.
|
Atalar sözü ID - 3453Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.
|
Atalar sözü ID - 3454Tanrı verən dövləti bəndə ala bilməz.
|
Atalar sözü ID - 3455Tanrıdan gəlməsə, bəndədən nə gələr?!
|
Atalar sözü ID - 3456Tapan tapanın olsa, çöldə çoban bəy olardı.
|
Atalar sözü ID - 3457Tarı ac istəyəni bəndə doydura bilməz.
|
Atalar sözü ID - 3458Tarı bilir kim qazana, kim yeyə?!
|
Atalar sözü ID - 3459Tarı bir yandan bağlasa, bir yandan açar.
|
Atalar sözü ID - 3460Tarı eşşəyi tanıyırdı buynuz vermədi.
|
Atalar sözü ID - 3461Tarı qarğıyanı peyğəmbər əsası ilə döyər.
|
Atalar sözü ID - 3462Tarı mənəm, yağmanam.
|
Atalar sözü ID - 3463Tarının günü bir çuval darıdan da çox.
|
Atalar sözü ID - 3464Tarısın tanımayandan sən nə umursan?!
|
Atalar sözü ID - 3465Tarlada izi olmayanın süfrədə üzü olmaz.
|
Atalar sözü ID - 3466Tat ata mindi, Tanrısın tanımadı.
|
Atalar sözü ID - 3467Tava dəlik, tas dəlik, boş da gəldi üstəlik.
|
Atalar sözü ID - 3468Taylı tayın tapmasa, ah-vayla keçər günü.
|
Atalar sözü ID - 3469Tazı heyiz olanda dovşan kənd qırağında gəzər.
|
Atalar sözü ID - 3470Tazının heyizliyindən dovşan samanlıqda doğar.
|
Atalar sözü ID - 3471Tazının topal olduğu dovşanın qulağına yetişib.
|
Atalar sözü ID - 3472Tazının yiyəsi varsa, dovşanın da Allahı var.
|
Atalar sözü ID - 3473Tək daşdan divar olmaz.
|
Atalar sözü ID - 3474Tək əlin səsi çıxmaz.
|
Atalar sözü ID - 3475Tək gəzən dananı qurd yeyər.
|
Atalar sözü ID - 3476Tək qoyundan sürü olmaz.
|
Atalar sözü ID - 3477Təklik Allaha yaraşır.
|
Atalar sözü ID - 3478Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.
|
Atalar sözü ID - 3479Təkədə qoç hünəri olmaz.
|
Atalar sözü ID - 3480Təqdir ilə yazılan tədbir ilə pozulmaz.
|
Atalar sözü ID - 3481Tələsənin kündəsi küt gedər.
|
Atalar sözü ID - 3482Tələsik işə şeytan qarışar.
|
Atalar sözü ID - 3483Tələsirsən, yavaş yeri.
|
Atalar sözü ID - 3484Tənbəl dağda qar gördü, yorğanına büründü.
|
Atalar sözü ID - 3485Tənbəl eşşək hoşu Allahdan istər.
|
Atalar sözü ID - 3486Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!
|
Atalar sözü ID - 3487Tənbələ dedilər: qapını ört, dedi: yel əsir örtər.
|
Atalar sözü ID - 3488Tənbələ həftənin hər günü cümədir.
|
Atalar sözü ID - 3489Tənbələ iş buyur, sənə ağıl öyrətsin.
|
Atalar sözü ID - 3490Tərə yeyən də yaza çıxar, kərə yeyən də.
|
Atalar sözü ID - 3491Tərəkəmə öz obasını Bağdaddan böyük bilər.
|
Atalar sözü ID - 3492Tərəkəmə pendirində qurd görməz.
|
Atalar sözü ID - 3493Tərlan yerin çalağan tutmaz.
|
Atalar sözü ID - 3494Təzə ay doğanda köhnə ayı doğrayıb ulduz elərlər.
|
Atalar sözü ID - 3495Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
|
Atalar sözü ID - 3496Təzə kuzə suyu sərin saxlar.
|
Bu səhifə dəfə baxılıb