Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 2714Qurdu nə qədər bəsləsən, yenə gözü meşədədir. |
Atalar sözü ID - 2715Qurdun adı, yesə də, qurddur, yeməsə də. |
Atalar sözü ID - 2716Qurdunan qoyun olmaz, qılıncınan oyun. |
Atalar sözü ID - 2717Qurdluca paxlanın qurdluca alıcısı olar. |
Atalar sözü ID - 2718Qurdun səbəbinə quş da yeyər. |
Atalar sözü ID - 2719Quru qurbağası dəniz tanımaz. |
Atalar sözü ID - 2720Quru oduna yaşlar yanar, alışar daşlar yanar. |
Atalar sözü ID - 2721Quru süfrəyə nə bismillah?! |
Atalar sözü ID - 2722Quru torbayla at bir kərə tutular. |
Atalar sözü ID - 2723Quru-quru qurbanın olum. |
Atalar sözü ID - 2724Qurumuş ağacın kölgəsi olmaz. |
Atalar sözü ID - 2725Quş dimdiyindən, insan dilindən. |
Atalar sözü ID - 2726Quş qanadı ilə, adam adı ilə. |
Atalar sözü ID - 2727Quş qızıl qəfəsdə olsa, yenə dustaqdı. |
Atalar sözü ID - 2728Quş quşnan tutular. |
Atalar sözü ID - 2729Quş özü nədir, şorbası da nə ola?! |
Atalar sözü ID - 2730Quş var ətin yeyərlər, quş var ət yedirərlər. |
Atalar sözü ID - 2731Quş yuvasından uçar. |
Atalar sözü ID - 2732Quşa qızıl qəfəs zindandır. |
Atalar sözü ID - 2733Quşlara xəbər gəldi, gecəquşu qanadını göstərdi. |
Atalar sözü ID - 2734Quşun bəzəyi lələkdi, insanın bəzəyi bilikdi. |
Atalar sözü ID - 2735Quşqun olub quyruğa keçincə, yüyən ol ağıza keç. |
Atalar sözü ID - 2736Quyruğun kəsməklə tula köpək olmaz. |
Atalar sözü ID - 2737Quyu qazıyan! Dərin qaz, gen dur, özün düşərsən. |
Atalar sözü ID - 2738Quyuya su tökməklə sulu olmaz. |
Atalar sözü ID - 2739Quzu otaranımız da var, yun darayanımız da. |
Atalar sözü ID - 2740Quzunun taxsırı - qurdun acımasıdı. |
Atalar sözü ID - 2741Quzusuna qıymayan kabab yeyə bilməz. |
Atalar sözü ID - 2742Qürbətdə keçən ömür ömür sayılmaz. |
Bu səhifə dəfə baxılıb