
Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 2363Qabağa keçirsən, deyirlər bicdir, Dala qalırsan, deyirlər gicdir. |
Atalar sözü ID - 2364Qabağım qovurğa qovurur, dalım saman sovurur. |
Atalar sözü ID - 2365Qabağına baxmayanın ayağına daş dəyər. |
Atalar sözü ID - 2366Qaçağı el saxlar. |
Atalar sözü ID - 2367Qaçan da Allahı çağırır, qovan da. |
Atalar sözü ID - 2368Qaçanı qovmazlar, yıxılanı vurmazlar. |
Atalar sözü ID - 2369Qaçırılan fürsət bir də düşməz ələ. |
Atalar sözü ID - 2370Qaçmaq da hünərdəndir. |
Atalar sözü ID - 2371Qaçmaq da hünərdir, qovmaq da. |
Atalar sözü ID - 2372Qafil başın ağrısını beyin bilər. |
Atalar sözü ID - 2373Qafil quşun ovçusu çox olar. |
Atalar sözü ID - 2374Qala içəridən alınar. |
Atalar sözü ID - 2375Qalan işə qar yağar. |
Atalar sözü ID - 2376Qamış bizim eldə bitər, sümsünü ləzgi çalar. |
Atalar sözü ID - 2377Qan eylə qanun ilə. |
Atalar sözü ID - 2378Qan yol verməz. |
Atalar sözü ID - 2379Qanı qan ilə yumayıblar. |
Atalar sözü ID - 2380Qanı su ilə yuyarlar. |
Atalar sözü ID - 2381Qanlı, qapımda nə qayırırsan?
|
Atalar sözü ID - 2382Qanlıdan qada əskik olmaz. |
Atalar sözü ID - 2383Qanlını qan tutar. |
Atalar sözü ID - 2384Qanacaqlı həm qanar, həm qandırar. |
Atalar sözü ID - 2385Qanan ilə daş daşı, qanmazla yemə aşı. |
Atalar sözü ID - 2386Qanan kim, qandıran kim? |
Atalar sözü ID - 2387Qanana bir söz yetər, qanmayana yüz oxu. |
Atalar sözü ID - 2388Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır. |
Atalar sözü ID - 2389Qanadı quşdan kira istəməz. |
Atalar sözü ID - 2390Qapan it dişin göstərməz. |
Atalar sözü ID - 2391Qapılan qapanın, tapılan tapanındır. |
Atalar sözü ID - 2392Qar dağa çıxar dadlanar. |
Atalar sözü ID - 2393Qar ili - var ili. |
Atalar sözü ID - 2394Qar yağmağıynan qarğa ağarmaz. |
Atalar sözü ID - 2395Qarlı qış barlı olar. |
Atalar sözü ID - 2396Qara dolaşaya qırmızı papuş yaraşmaz. |
Atalar sözü ID - 2397Qara eşşək, ağ palan?! |
Atalar sözü ID - 2398Qara eşşəyin başına yüyən vuranda qatır olmaz. |
Atalar sözü ID - 2399Qara günün ömrü az olar. |
Atalar sözü ID - 2400Qara xəbər tez yayılar. |
Atalar sözü ID - 2401Qara qız bəzənincə toy əldən gedər. |
Atalar sözü ID - 2402Qara qız gəlin oldu, ürəyi sərin oldu. |
Atalar sözü ID - 2403Qara qız gəlməsəydi, külbəni kim odlardı. |
Atalar sözü ID - 2404Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz. |
Atalar sözü ID - 2405Qara qızın baxtı olsaydı, anadan ağ doğulardı. |
Atalar sözü ID - 2406Qara qul özünü öldürdü ki, ağasına zərəri olsun. |
Atalar sözü ID - 2407Qara qula şahlıq versən, əvvəl nənəsinin əmcəyini kəsər. |
Atalar sözü ID - 2408Qara məni basınca mən qaranı basım. |
Atalar sözü ID - 2409Qaradan artıq boya olmaz. |
Atalar sözü ID - 2410Qarabaxt dağlara çıxanda dağları duman alar. |
Atalar sözü ID - 2411Qaraca üzüm var, doğruca sözüm. |
Atalar sözü ID - 2412Qaraçı qaraçıya öpüş verməz. |
Bu səhifə 2006 dəfə baxılıb