
Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 2078İstəyənin bir üzü qara, verməyənin iki üzü. |
Atalar sözü ID - 2079İstəyirsən bal-çörək, al əlinə bel-kürək. |
Atalar sözü ID - 2080İsti aşa soyuq su qatmazlar. |
Atalar sözü ID - 2081İş adamın cövhəridir. |
Atalar sözü ID - 2082İş əldən, söz dildən, oğul beldən gəlməsə nə faydası. |
Atalar sözü ID - 2083İş gedər sahibin tapar. |
Atalar sözü ID - 2084İşdən artmaz, dişdən artar. |
Atalar sözü ID - 2085İşdəsizin yuxusuna beş arşın bez girər. |
Atalar sözü ID - 2086İşə bax, ala qarğa şux tərlanı bəyənmir. |
Atalar sözü ID - 2087İş-gücümüz bucaqda, şəngülümüz qucaqda. |
Atalar sözü ID - 2088İşlək dəmir pas tutmaz. |
Atalar sözü ID - 2089İşləməyin dərdindən yeməyə həsrət canım. |
Atalar sözü ID - 2090İşləməyən dişləməz. |
Atalar sözü ID - 2091İşləyən inci taxar, işləməyən yandan baxar. |
Atalar sözü ID - 2092İşıq gələn yeri tıxamazlar. |
Atalar sözü ID - 2093İşıq olan yerdə yaraşıq olar. |
Atalar sözü ID - 2094İt acından oğurluq elər. |
Atalar sözü ID - 2095İt adına üyüdüb özü yeyir. |
Atalar sözü ID - 2096İt ağzı dəyməklə doqqaz murdar olmaz. |
Atalar sözü ID - 2097İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidi. |
Atalar sözü ID - 2098İt arıqlığını qurda bildirməz. |
Atalar sözü ID - 2099İt aya hürər, başına qal gətirər. |
Atalar sözü ID - 2100İt bilir xurcunda nə var, çoban da bilir itə nə verəcək. |
Atalar sözü ID - 2101İt bir olar, yoxsa bir sürü?! |
Atalar sözü ID - 2102İt bir yara ilə ölməz. |
Atalar sözü ID - 2103İt də getdi, ip də getdi. |
Atalar sözü ID - 2104İt də öz qapısında ağadır. |
Atalar sözü ID - 2105İt də yuxa yeyər, dürməyini bilsə. |
Atalar sözü ID - 2106İt dəmirçi dükanından nə aparar?! |
Atalar sözü ID - 2107İt dəvəyə hürər, dəvənin xəbəri olmaz. |
Atalar sözü ID - 2108İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi. |
Atalar sözü ID - 2109İt əti olsun, şişdə olsun. |
Atalar sözü ID - 2110İt getdi, qurd gəldi. |
Atalar sözü ID - 2111İt hardan aldı iki kütü, birin yesin, birin də başı altına qoysun. |
Atalar sözü ID - 2112İt hürər, karvan keçər. |
Atalar sözü ID - 2113İt it ilən savaşar, çaya gedəndə bir gedər. |
Atalar sözü ID - 2114İt itin ayağın basdamaz. |
Atalar sözü ID - 2115İt itin ətin yeməyib, hampa hampanın ətin yeyib. |
Atalar sözü ID - 2116İt itlə savaşanda bir ayağın dalda tutar. |
Atalar sözü ID - 2117İt itliyindən əl çəkər, sümsünməyindən əl çəkməz. |
Atalar sözü ID - 2118İt itnən boğuşdu, qurdun işi rast düşdü. |
Atalar sözü ID - 2119İt kəlləsini xonçaya qoyarsan, sürüşüb düşər. |
Atalar sözü ID - 2120İt qəssab dükanından ət apardı, ayağın kəsdi. |
Atalar sözü ID - 2121İt qışı çıxardar, amma dərisi nə çəkər. |
Atalar sözü ID - 2122İt qorxduğu yerə hürər. |
Atalar sözü ID - 2123İt qorxusundan oğurluğa getməz. |
Atalar sözü ID - 2124İt quduranda yiyəsini də qapar. |
Atalar sözü ID - 2125İt qulağı əppək eşitdi. |
Atalar sözü ID - 2126İt qulağını kəsəndən qorxar. |
Atalar sözü ID - 2127İt qursağı sarı yağ götürməz. |
Bu səhifə 291 dəfə baxılıb