İzahlı lüğət

XAİN

sif [ər.] 1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük. [Pəhləvanlar:] Dağ-daşından uçsun duman; Qara geysin xain insan! A.Şaiq. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.Ibrahimov. // məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən. // Is. mənasında. [Dəmirqaya:] Yəqin ki, aramızda olan xainlər [casusa] hər işimizi xəbər veriblər. Həmin xainlər tapılıb, cəzasına çatmalıdırlar. H.Nəzərli. □ Xain baxmaq - 1) pis (xain) gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə baxmamaq. [Güləndam:] Yoldaş Qaradağlı, oğlumun sevgilisinə xain baxan o evli kişini tapın və cəzalandırın. B.Bayramov; 2) bax xain çıxmaq. Sancılsın tikanlar xain gözünə; Xain baxdın çün dostlara, danışma! Aşıq Hüseyn. Xain çıxmaq - vətəninə, xalqına, dostuna, yaxınına xəyanət etmək, dönüklük göstərmək. [Iblis İbn Yəminə:] ..Çəkəcəkdir başımız dürlü bəla; Çünki var başqa günahın da sənin; Orduya, dövlətə çıxdın xain. H.Cavid. Xain çıxsa əgər bir qız, bir oğlan; Qurtarmaz ananın ahü-vayından. Şəhriyar.
2. məc. Gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. Çox xain adamdır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

XAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed