ZE+education...

İzahlı lüğət

XAN

is. tar. 1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xanlarının cavanları Keçiliyə ova gəlmişdilər. E.Sultanov. Müxtəlif yerlərdən ruhanilərin, mülkədarların, bəy və xanların “Əkinçi”yə hücumu artıb şiddət edirdi. M.Ibrahimov. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun.
məc. Ağa, hökmran. Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. Q.Zakir.
köhn. Aşıq-aşıq oyununda: başçı, hakim. Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. H.Sarabski. Əvvəllər kənd uşaqları, “xan cığal olar” deyə [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.
məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.
Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi; məs.: Muradxan, İsmixan, Səlimxan.
□□ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar - çox məğrur, lovğa, təkəbbürlü adam haqqında. [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar.. U.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOV

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
Testlərin izahı: Temperatur fərqi, rütubətlik, çaylar, yarımadalar, meliorasiya, ovalıqlar, dağlar
Testlərin izahı: Temperatur fərqi, rütubətlik, çaylar, yarımadalar, meliorasiya, ovalıqlar,...
Yeni video
Cənubi Azərbaycan xanlıqları. Urmiya xanlığı. Marağa xanlığı. Təbriz xanlığı. Ərdəbil xanlığı. Maku xanlığı. Qaradağ xanlığı
Cənubi Azərbaycan xanlıqları. Urmiya xanlığı. Marağa xanlığı. Təbriz xanlığı....
Yeni video
Azərbaycanda məktəb direktorları kim ola bilər? Məgər bağçalarda da pul yığılır?
Azərbaycanda məktəb direktorları kim ola bilər? Məgər bağçalarda da pul yığılır?
Şagirdlər qəzaya uğradı. Nazir öz fikrini bildirdi. Hansı məktəblər təmir olunur?
Şagirdlər qəzaya uğradı. Nazir öz fikrini bildirdi. Hansı məktəblər təmir olunur?
Universitetdə Təkrar təhsil. Nadir tarixi sərgi. Dağıstanda təhsil imkanı (UNEC)
Universitetdə Təkrar təhsil. Nadir tarixi sərgi. Dağıstanda təhsil imkanı (UNEC)
Qaraqoyunlu
Qaraqoyunlu
......
Bağla
Distinct error1552: Unknown column 'height' in 'field list'