İzahlı lüğət

DƏNG1

dəng eləmək (etmək) (bəzən “başını”, “baş-beynini”, “qulağını” sözləri ilə) - çox və bərk danışmaqla, qışqırmaqla, səs-küy salmaqla bezikdirmək, adamın başını, qulaqlarını yormaq; baş-qulaq aparmaq. Dəng eləmişdi xalqı sədayi-nəvaların. Q.Zakir. Sən də çox başımı dəng eyləmə, doldur çubuğu; Mən behişt istəmirəm, aləmə elan olsun! M.Möcüz.
// Bıqdırmaq, narahat etmək, zəhləsini aparmaq. Yarın fikri, xəyalı; Məni gecə dəng edər. Sarı Aşıq; dəng olmaq (bəzən “qulaq” sözü ilə) - səsdənküydən və s.-dən qulaqları batmaq, başı yorulmaq, təngə gəlmək, üzülmək. Səs-küydən, qışqırıqdan dəng olduq. - Bilməm nə görübdür bizim oğlan oxumaqdan; Dəng oldu qulağım. M.Ə.Sabir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DON

DUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed