İzahlı lüğət

BEHİŞT

is. [fars.] 1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət. [Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Ə.Haqverdiyev.
məc. Son dərəcə gözəl, mənzərəli, ürəkaçan yer haqqında. Dünya gözümdə behişt bağına döndü. M.F.Axundzadə. [Rüstəm:] Paris, nə Paris! Yer üzünün behişti desək, yenə xata eləməmişəm! Ə.Haqverdiyev. [Səfər bəy:] Pəh, pəh xudavəndi-aləm gör nə gözəl yerlər yaradıb, bura nəinki “el bulağı”, lap behiştin bir guşəsi demək olar...
Talıblı. Bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir. M.İbrahimov.
// Şairanə təşbihlərdə. Sən bir behiştsən, zəmzəm ziynətdir; Nə fərq elər əhvalıma, sevdiyim. M.V.Vidadi. Mənim bağü behiştim yardır, cənnətdə karım yox. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed