I Bölmə. Fel

3. Felin quruluşca növləri. Hissə 1.

Test ID - 3705
Müəllif: Qonaq__51383 (Əlavə edilib: 04.12.2012)

Tərkibi fel haqqında yalnız biri doğrudur:

Tərkibi feldə sözlər bitişik və ya defislə yazılır
Tərkibi feldə sözlər ayrı yazılır
Birinci tərəfi -a şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan sözlər təsirli fellərdir
Tərkibi fellərin frazeoloji birləşmə ilə əlaqəsi olmur

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Felin əmr şəklinə aid fikirlərdən biri düzgündür:

Felin əmr şəkli zamanlar üzrə dəyişilə bilir
Felin əmr şəklinin xüsusi qrammatik əlaməti yoxdur
Felin əmr şəklinin mənasında gələcək zaman anlayışı olmur
Felin əmr şəkli birinci şəxsdə - ın4 şəkilçisini qəbul edir

Felin şəxs və kəmiyyətə görə dəyişməsi haqqında fikirlərdən biri səhvdir:

Felin bildirdiyi hərəkət ayrı – ayrı şəxslər tərəfindən icra edilir
Azərbaycan dilində qrammatik cəhətdən 3 şəxs var
Fellər şəxslərə aid şəkilçilər qəbul etsələr də dəyişmir
Felin şəxs və kəmiyyətə görə dəyişməsini göstərən şəkilçilər şəxs sonluqları adlanır

Felin keçmiş zamanı hansı şəkilçilər vasitəsilə düzəlir?

- dı4, - mış4
- mış4, - ar2
- dı4, - ar2
- acaq2, - dı4

Felin gələcək zamanı haqqında fikirlərdən biri səhvdir:

Qeyri – qəti gələcək zaman – acaq2 şəkilçisi ilə düzəlir
Gələcək zamanın iki növü var
Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
Qəti gələcək zaman hərəkətin gələcəkdə icra olunacağının qətiliyini bildirir

Tabesizlik bağlayıcıları haqqındakı fikirlərdən hansı düzgündür?

Tabesizlik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabesizlik bağlayıcılarının mənaları, tabelilik bağlayıcılarının mənalarından fərqlənmir
Tabesizlik bağlayıcıları yalnız cümlənin əlaqələnməsində kömək edir
Çünki, həm, guya, hərgah və s. tabesizlik bağlayıcılarıdır

Cümlələrdən hansında qüvvətləndirici ədat işlənmişdir?

Di gəl, durnalara bir şeir deyək
Sən yazırsanmı?
Axı bu məsələ çoxdan həll olunmalı idi
Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi

“ Sonra ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Olmaq felinə aiddir
Zaman zərfidir
Hərəkətin zamanını bildirir

Felin keçmiş zamanı haqqında fikirlərdən biri düzgündür:

Nəqli keçmiş zaman hərəkətin nisbətən, yaxın keçmişdə icra olunduğunu bildirir
Şühudi keçmiş zaman hərəkətin baş verməsini nəql yolu ilə bildirir
Nəqli keçmiş zamanın  – mış4 və  - ıbşəkilçiləri sinonim şəkilçilərdir
Şühudi keçmiş zamana bəzən uzaq keçmiş də deyirlər

Məsdər ilə bağlı fikirlərdən biri səhvdir:

Məsdər şəxsə, kəmiyyətə, zamana görə dəyişmir
Fellər lüğətlərdə feli bağlama formasında olur
Məsdər cümlənin mübtədası, tamamlığı ola bilir
Məsdər şəxs şəkilçisi qəbul edərək cümlədə ismi xəbər olur

Hansı cümlədəki fel birgəlik növdədir?

Dostlar bir yerdə işlədilər
Zaldakı bütün tamaşaçılar gülüşdü
Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
Çeynədilər, didişdilər, diddilər
Bir – birini al qana qərq etdilər

Hansı cümlədəki fel birgəlik növdədir?

Dostlar bir yerdə çalışdılar
Uşaqlar ağlaşırdılar
Çox şükür var, yenə gəldux, görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux
Çeynədilər, didişdilər, diddilər<brBir – birini al qana qərq etdilər

“ Tez ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Mənaca zaman zərfidir
Gəlmək felinə aiddir
Hərəkətin kəmiyyətini bildirir

Hansı cümlədə zaman zərfi işlənmişdir:

Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
Yavaş – yavaş axşam düşür
Ordumuz gecə hücuma keçdi
Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu

Bağlayıcı və ədat kimi işlənən sözləri göstərin:

Ki, ancaq
İlə, necə
Necə, nə
Amma, ancaq

Sözlərdən biri qoşma kimi işlənə bilməz.

sonra
-dək
tək
ötrü
ötəri

Yazsa ......... şəklidir

Əmr
Xəbər
Lazım
Vacib
Şərt

Çalışmaq hansı növ feldir?

məlum
məchul
qayıdış
şəxssiz
qarşılıq-birgəlik

Hansı cümlədə qoşma ismin adlıq halı ilə işlənib?

Nailənin kimi vardı ki, ona arxalanaydı?
Dağ zirvəsi qartal üçün, rütubətli yarğan koramal üçündür
Xasiyyətinə görə hamı Yasəməni sevir, ondan ötrü əlindən gələni edirdi
Səndən başqa heç kimsə bilməz dərdimi

Felin hansı qrammatik məna növü quruluşca üç cür (sadə, düzəltmə, mürəkkəb)ola bilir?

İcbar növ
Məchul növ
Qayıdış növ
Məlum növ
Şəxssiz növ

Sözlərin ixtisar formalarının ikinci adı nədir?

orfoqrafiya
orfoepiya
abreviatura
leksika
morfologiya

Cümlələrdən birində zaman zərfi işlənmişdir

Sükut xeyli çəkdi
Çərkəz onun alışqanı yandırarkən barmaqlarının titrədiyini gördü
Atası yay aylarında furqonla Ağsudan Şamaxıdan yaylaqlara adam daşıyardı
O, qəsdən aradakı məsafəni qısaltdı
Bu xəbəri Əhməd dərhal Cahandar ağaya çatdırdı

Hansı cümlədə zərf işlənmişdir?

Fevralda hava çox soyuq olur
Əsgər qəhrəmancasına irəliyirdi
Mən dərsim gözəl oxuyuram
İşləyən dişləyər
Mən Azərbaycan dili dərsini çox sevirəm

Tabelilik və tabesizlik bağlayıcılarının hər ikisində vardır

Aydınlaşdırma
Birləşdirmə
İştirak
Bölüşdürmə
Qarşılaşdırma

Məsdərin şəkilçiləri hansıdır?

ma2, dıq4
malı2, maq2
maq2, (bəzən də ma2)
sa2, ma2
heç biri

Aşağıdakı variantlardan biri yanlışdır

-dıq şəkilçisi özündən sonra fel tələb edir
-malı və ası şəkil şəkil şəkilçiləridir
-dıq şəkilçisinin -dığı və -diyi formaları var
Feli bağlamanın tərkib yaratması onun felə aid olan əlamətidir

Sizcə bunlardan hansı düzgündür?

İdi, imiş hissəciyi fellərə artırıla bilər
İcbar növ təsirsiz fellərdən düzəlir
Tabeli bağlayıcılar 6 yerə bölünür
Qoşmanın mənaca 9 növü var
İsə əmr, arzu, şərt şəklinə qoşula bilir

Feli sifətlə feldən düzələn sifətin fərqi hansıdır?

Fərqi yoxdur
Feli sifət hərəkət bildirir, feldən düzələn sifət əlamət
Feli sifət əlamət bildirir, feldən düzələn sifət hərəkət
Feldən düzələn sifətə inkarlıq şəkilçisi artırmaq olar
Hər ikisinə inkarlıq şəkilçisi artırmaq olar

Modal sözlər nəyə deyilir?

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə
İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə
first box will be shown second NOT

Bağla
..................